BIWE Qrupun İcraçı direktoru Cəlilabad və Sumqayıtdakı peşə təhsil mərkəzlərinə səfər edib
“BBP Azərbaycan” İkili Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. təşkilatının nümayəndələri Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Sumqayıtda İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzinə səfər ediblər.
Səfərdə Südwestmetall şirkəti və BIWE Qrupun İcraçı direktoru Stefan Küpper, "BIWE International" təşkilatının Beynəlxalq layihələr üzrə meneceri Astrid Lommek və Azərbaycan üzrə layihə meneceri Mehmet Çakar, İZİA nəzdində Peşə Təhsil mərkəzinin direktoru Kənan Bağırov, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənov, mərkəzlərin və layihə komandası iştirak ediblər.
Görüş zamanı peşə təhsil mərkəzinin fəaliyyəti ilə yaxından tanış olunub, əsas təhsil və təlim istiqamətləri üzrə müzakirə aparılıb.Peşə təhsil mərkəzinin gələcək plan və tələbləri, gələcək əməkdaşlıq imkanları, əmək bazarında əsas ehtiyaclar və peşə təhsilində bilik və bacarıqların artırılmasında bəhs olunub.
Səfər peşə təhsili ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də innovativ və əmək bazarına uyğun ixtisas istiqamətlərinin təşviqi baxımından əhəmiyyətli olub.